AZ

Xatirə Əliyeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti, filologiya üzrə fəlsəfə doktoru, Bakı, Azərbaycan.

e-poçt: xatire.eliyeva.68@gmail.com

TÜRK ƏDƏBİ DİLİNİN ORTAQ ORFOQRAFİYASI

Xülasə. Türk dilli respublika və topluluqların mədəni birliyi üçün əlverişli imkanlar yaranmışdır. Bu imkanlardan biri də Türk dünyasında Ortaq Türk ədəbi dilinin formalaşdırılması ilə əlaqədardır. Məqalədə Türk dilinin ortaq orfoqrafiyası birliyinin zəruriliyi təhlil olunur. Şəkilçilərin söz
yaradıcılığı prosesində məhsuldarlıq səviyyəsi göstərilir və nümunələr üzərində şərh olunur. Türk ədəbi dilinin ortaq orfoqrafiya qaydaları hazırlandıqda buna bənzər müxtəliflik nəzərə alınmalıdır. Unudulur ki, Türk dili aqlütinativ (iltisaqi) dillər qrupuna daxildir. Bu qrup əsasən söz kökünə şəkilçi artırılması ilə xarakterizə olunur. Bu dillərdə qrammatik ağırlıq bir qayda olaraq yalnız bir məna ifadə edən şəkilçilərin üzərinə düşür. Türk dillərinin ortaq orfoqrafiyası türkologiyanin ən aktual problemlərindəndir. Sözügedən mövzu mürəkkəb və çoxaspektli məsələlərdəndir. Fonetik, morfoloji və ənənəvi prinsiplər əsasında “Türk ədəbi dilinin ortaq orfoqrafiyası qaydaları” tərtib edilməlidir. Dil özünün daxili obyektiv qanunauyğunluqları ilə yaşayan və inkişaf edın bir hadisədir. Buna görə də insanların onun təbii mahiyyətini nəzərə almayan subyektiv müdaxiləsi dilin daxili strukturuna hər zaman təsir göstərə bilir. Dil predmetin öz daxili məzmunundan irəli gələn, onun obyektiv qanunlarını nəzərə alan üsullarla tədqiq edilməlidir. “Ortaq Türk ədəbi dilinin orfoqrafiya qaydaları” hazırlandıqda məqalədə qeyd olunanlar nəzərdən keçirilməlidir. Məqalədə dilçiliyin təsviri, müqayisəli, etimoloji, təhlil metodlarından istifadə olunmuşdur.

Açar sözlər: türk dilləri, orfoqrafiya, kök, şəkilçi, say

ONLAYN OXU