HİDROGEN ENERJİ TƏCHİZATI SİSTEMLƏRİNİN ARAŞDIRILMASI
Xülasə. Məqalədə hidrogen enerji təchizatı sistemləri elektrik energetikası mövqeyindən sistem səviyyəsində araşdırılmışdır. Hidrogen ayrıca yanacaq kimi deyil, güc elektronikası çeviriciləri vasitəsilə şəbəkəyə qoşulan idarə olunan elektrik yükü, dispetçerləşdirilə bilən generasiya mənbəyi və uzunmüddətli enerji saxlama vasitəsi kimi nəzərdən keçirilir. Qələvi, proton mübadiləsi membranlı və bərk oksidli elektroliz xüsusi enerji sərfi, dinamik yük diapazonu və işə salınma xüsusiyyətlərinə görə müqayisə edilmiş, əsas saxlama variantları isə yaratdıqları əlavə elektrik enerji sərfi baxımından qiymətləndirilmişdir.
Açar sözlər: hidrogen, enerji təchizatı, yanacaq elementi, güc çeviricisi, enerji keyfiyyəti.
ONLAYN OXU