AZ

Elşən Sultanov

Azərbaycan Dövlət Dəniz Akademiyası, texnika üzrə fəlsəfə doktoru, dosent, Bakı, Azərbaycan.

E-poçt: elshen_sultanov@mail.ru

Elnur Abbasov

Azərbaycan Dövlət Dəniz Akademiyası, texnika üzrə fəlsəfə doktoru, dosent, Bakı, Azərbaycan.

E-poçt: elnur.abbasov@adda.edu.az

Sahib İsmayılov

Azərbaycan Dövlət Dəniz Akademiyası, doktorant, Bakı, Azərbaycan.

Fərid Qədirov

Azərbaycan Dövlət Dəniz Akademiyası, magistrant, Bakı, Azərbaycan.

LİMANLARDA SAHİLDƏN ELEKTRİK TƏCHİZATI VƏ IEC 61850 ƏSASLI RƏQƏMSAL İDARƏETMƏ SİSTEMLƏRİNİN İNTEQRASİYASI

Xülasə. Məqalədə limanlarda gəmilərin sahildən elektrik təchizatı (SET) sistemləri, SCADA əsaslı rəqəmsal idarəetmə və bərpa olunan enerji mənbələrinin inteqrasiyası sistem səviyyəsində icmal metodu ilə araşdırılmışdır. Araşdırma IEC/IEEE 80005 standartlar seriyasına, IEC 61850 rabitə standartına və “Ağıllı Liman” konsepsiyası üzrə aparılmış elmi tədqiqatlara əsaslanır. Təhlillər göstərir ki, SET sistemlərinin uyğunluğu yalnız nominal gərginliyin eyniliyi ilə məhdudlaşmır; beynəlxalq standartlaşdırmaya baxmayaraq, konnektor tipləri və kabel idarəetmə sistemləri arasında hələ də uyğunsuzluqlar mövcuddur. Rəqəmsal idarəetmə və bərpa olunan enerjinin inteqrasiyası liman administrasiyasının əlaqələndirici rolu və vahid enerji strategiyası çərçivəsində təmin edilməlidir. Məqalədə bu inteqrasiyanı təmin edən 3 mərhələli mühəndis qiymətləndirmə çərçivəsi təklif olunmuşdur.

Açar sözlər: sahil, elektrik təchizatı, gəmi, ağıllı liman, rəqəmsal idarəetmə, bərpa olunan enerji mənbələri, enerji saxlama sistemləri.

ONLAYN OXU