AZ

Afaq Səlimova

Azərbaycan Dövlət Dəniz Akademiyası, texnika üzrə fəlsəfə doktoru, dosent, Bakı, Azərbaycan.

E-poçt: afag_sk@mail.ru

Elşən Sultanov

Azərbaycan Dövlət Dəniz Akademiyası, texnika üzrə fəlsəfə doktoru, dosent, Bakı, Azərbaycan.

E-poçt: elshen_sultanov@mail.ru

Kənan Hüseynov

Azərbaycan Dövlət Dəniz Akademiyası, doktorant, Bakı, Azərbaycan.

Vüqar Əzimov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, magistrant, Bakı, Azərbaycan.

ELEKTROENERGETİK SİSTEMLƏRDƏ ELEKTRİK ENERJİSİNİN İTKİLƏRİNİN VƏ KEYFİYYƏTİNİN TƏDQİQİ

Xülasə. Məqalədə elektroenergetik sistemlərdə elektrik enerjisi itkilərinin və enerji keyfiyyəti göstəricilərinin əsas aspektləri araşdırılmışdır. Texniki və qeyri-texniki itkilərin yaranma səbəbləri, onların hesablanması və azaldılması üsulları, həmçinin gərginlik və tezlik sapmaları, harmonikalar, fazalararası yük qeyri-bərabərliyi, reaktiv güc və güc əmsalı kimi keyfiyyət göstəriciləri təhlil edilmişdir. Bundan əlavə, transformator və elektrik xətlərində itkilər, yük rejimləri, kompensasiya qurğuları və enerji səmərəliliyi məsələləri nəzərdən keçirilmişdir. SCADA və Smart Grid texnologiyalarının real vaxt monitorinqi vasitəsilə itkilərin aşkarlanması və enerji keyfiyyətinin yaxşılaşdırılmasındakı rolu vurğulanmışdır. Tezis konkret şəbəkədə aparılmış ölçmələrə deyil, elektroenergetik sistemlərdə enerji itkiləri və keyfiyyət problemlərinin nəzəri və praktiki icmalına əsaslanır.

Açar sözlər: elektroenergetik sistem, elektrik enerjisi itkiləri, elektrik enerjisinin keyfiyyəti, enerji səmərəliliyi, gərginlik, harmonikalar.

ONLAYN OXU